Region
- 24 sentyabr, 2025
- 18:44
İran nüvə silahı əldə etməyi qarşısına məqsəd qoymur.
“Report” İran mediasına istinadən xəbər verir kimi, bunu ölkə Prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyasının iclasında bəyan edib.
O, çıxışında Yaxın Şərqdəki vəziyyətə və Ukrayna böhranına toxunub.
“İran uzun illərdir ki, Yaxın Şərqin kütləvi qırğın silahlarından azad olmasının tərəfdarı olub”, – M.Pezeşkian bildirib.
O, həmçinin vurğulayıb ki, İran Ukrayna və Rusiyanın münaqişənin həlli üçün ədalətli razılaşma əldə edəcəyinə ümid edir.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

