Bakı. Trend:
Perunun cənubunda sərnişin avtobusunun uçuruma yuvarlanması
nəticəsində azı 37 nəfər həlak olub.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, zərərçəkənlərin otuz altısı hadisə yerində
keçinib, bir nəfər isə ağır vəziyyətdə xəstəxanaya çatdırılsa da,
həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün
olmayıb.
Avtobus yük maşını ilə toqquşduqdan sonra yoldan çıxıb və
uçuruma düşüb. Hadisə ilə bağlı araşdırma aparılır.

