
Bakı. Trend:
Binəqədi rayonunda yerləşən evlərdən birinin qarşısından “Tufan
M-50” markalı motosikletin oğurlanması barədə polisə məlumat daxil
olub.
Trend bu barədə
Daxili İşər Nazirliyinə istinadən xəbər verir.
Bildirilib ki, polis əməkdaşlarının həyata keçirdikləri
tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Məmmədzadə
müəyyən edilərək saxlanılıb.
Suraxanı rayonunda da bir nəfərə məxsus mopedi oğurlamaqda
şübhəli bilinən İ.Məmmədli polis əməkdaşları tərəfindən
saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

