
Bakı. Trend:
Livan hökuməti İsrail qoşunlarının ölkənin bütün ərazisindən
tamamilə çıxarılmasını təmin etmək üçün diplomatik səylərini
səfərbər edib.
Bu barədə respublikanın Baş naziri Nəvaf Salam hökumətin
iclasında çıxışı zamanı bildirib.
“Əhalimizin cənub bölgələrinə təhlükəsiz və ləyaqətli qayıdışını
təmin etmək məqsədilə (İsraillə) danışıqlar prosesini davam
etdirəcəyik. Həmçinin münaqişə zamanı əsir götürülmüş bütün
vətəndaşların azad edilməsinə və itkin düşənlərin taleyinin
müəyyənləşdirilməsinə çalışacağıq”, – deyə siyasətçi
vurğulayıb.
Daha əvvəl İsrail Beynəlxalq Qırmızı Xaç Komitəsinin
vasitəçiliyi ilə Ras-ən-Nakurada bir əsiri Livan ordusuna təhvil
verib. “Lebanon 24” xəbər portalının məlumatına görə, daha dörd
livanlı axşama yaxın vətənə qaytarılacaq.
Onların azad edilməsi Livan və İsrail arasında ABŞ-nin himayəsi
altında Vaşinqtonda iyunun 26-da imzalanmış çərçivə sazişində
nəzərdə tutulub.

