
Bakı. Trend:
Oktyabr ayının bütün sosial ödənişləri başa çatıb.
Trend bu barədə
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadən xəbər
verir.
Bildirilib ki, oktyabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron
rayonu və Naxçıvan Muxtar Respublikası üzrə oktyabr ayının
pensiyaları, oktyabrın 21-də digər bölgələrdə yaşayan
pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş
şəxslərin oktyabr ayı üzrə pensiyaları, bu gün isə oktyabr ayının
müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları ödənilib.

