Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edib

Baş səhifə

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın sosial media hesabında Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım edilib.

APA xəbər verir ki, paylaşımda deyilir:

Nəriman Həsənzadə dünyasını dəyişdi. Onun xatirəsi yalnız böyük Ustad, Xalq şairi kimi deyil, hər şeydən əvvəl nurlu, mehriban, qayğıkeş, səmimi, sözün əsl mənasında Böyük İnsan kimi daim qəlbimdə yaşayacaqdır. Allah rəhmət eləsin.