
Bakı. Trend:
“Real”ın hücumçusu Kilian Mbappe Çempionlar Liqası tarixinin ən
çox qol vuran 5 futbolçusu sırasına daxil olub.
Bu barədə Transfermarkt portalının statistik məlumatlarında qeyd
olunub.
Mbappe “Roma” ilə qarşılaşmanın 25-ci dəqiqəsində fərqlənərək
Çempionlar Liqası karyerasında 72-ci qolunu vurub. Bu, fransalı
futbolçunun Avropanın ən nüfuzlu klub turnirində 100-cü oyunu olub.
Bununla da Mbappe Çempionlar Liqasında 142 matçda 71 qol vuran
Madrid klubunun sabiq hücumçusu Raulu geridə qoyub.
Mbappedən daha çox qol vuran futbolçular arasında Kərim Benzema
(152 oyunda 90 qol), Robert Levandovski (144 oyunda 109 qol),
Lionel Messi (163 oyunda 129 qol) və Kriştiano Ronaldo (183 oyunda
140 qol) yer alır.

