Maduro həbsxanada Quran oxumağa başlayıb

Baş səhifə

Bakı.Trend:

ABŞ həbsxanasında saxlanılan Venesuela Prezidenti Nikolas Maduro
dinə və fəlsəfəyə üz tutub.

Bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrinə
istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Maduro asudə vaxtının böyük hissəsini
Bibliya və Quran oxumaqla keçirir. Bundan əlavə, o, yəhudiliyə də
maraq göstərməyə başlayıb.




NYT yazır ki, həbsxanada Maduro və həyat yoldaşı Siliya Flores
çəki itiriblər. Jurnalistlər Venesuela Prezidentinin xanımının
səhhətini “qeyri-sabit” kimi qiymətləndiriblər.

Məlumata görə, saxlanıldığı zaman Flores uşaqlığın çıxarılması
əməliyyatını keçirmişdi. Həbsxanada olarkən onun infarkt keçirmiş
ola biləcəyi bildirilir. Bundan əlavə, o, iki dişini itirib.

Siliya Floresin ABŞ həbsxanasında olarkən infarkt keçirmiş ola
biləcəyi və 11 kiloqramdan çox çəki itirdiyi barədə onun vəkilləri
də Associated Press (AP) agentliyinə məlumat veriblə