
Bakı şəhəri, Nizami rayonu, Keşlə qəsəbəsində evləri su basıb.
APA-nın məlumatına görə, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nizami Rayon İcra Hakimiyyətinin başçısı Coşqun Cəbrayılov hadisə yerində olublar.
Onlar hadisə ilə yerində maraqlanıb, əraziyə baxış keçiriblər.
Hazırda kommunal xidmətin əməkdaşları su basmış evlərdən vətəndaşların təxliyəsində iştirak edir, zəruri təhlükəsizlik tədbirləri görürlər.

