İtaliyanın cənubunda seysmik aktivlik səbəbindən 2 minə yaxın insan köçürülüb

Baş səhifə

İtaliyada təhlükəli seysmik aktivlik səbəbindən Neapol yaxınlığındakı Putszuoli şəhərində 125 binanın sakinlərini köçürülüb.

Bu barədə ANSA məlumat yayıb.

Bu, diametri təxminən 12-14 kilometr olan supervulkanın kraterini təşkil edən Fleqrey çölləri ərazisindəki seysmik aktivliklə bağlıdır.

Köçürülmə 2 min yaxın sakini əhatə edib. Köçürülənlərin əksəriyyəti özlərinə alternativ yaşayış yeri tapıb, 200 sakinə isə yerli hakimiyyət orqanları müvəqqəti yerləşmək üçün yer tapmağa kömək edib.