İsrail və HƏMAS Qəzza ilə bağlı razılığa gəlməsinə yaxındırlar – Tramp

Baş səhifə

Bakı. Trend:

İsrail və Qəzza zolağında HƏMAS hərəkatı arasında Amerika və
ərəb vasitəçilərinin köməyi ilə Misirdə aparılan danışıqlarda və
Yaxın Şərqdə sülhün əldə olunmasında irəliləyiş var.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
jurnalistlərə bildirib.

“Düşünürəm ki, Qəzzədəki vəziyyətdən kənarda belə, Yaxın Şərqdə
sülhə nail olmaq şansımız var. Biz girovların dərhal azad
edilməsini və s. istəyirik”, – deyə o qeyd edib.




Tramp qeyd edib ki, tərəflər “Yaxın Şərqə sülh gətirəcək
razılaşmaya (…) çox yaxındırlar”.

“Hər kəsin buna əməl etməsi üçün əlimizdən gələni edəcəyik”, –
deyə ABŞ prezidenti əlavə edib.