İranla müharibə ABŞ ordusuna 48 milyard dollara başa gəlib

Baş səhifə

Bakı. Trend:

Fevralın sonunda başlayan münaqişədən bəri ABŞ Silahlı
Qüvvələrinin İrana qarşı müharibəyə çəkdiyi xərclər 48 milyard
dolları ötüb.

Bu barədə Pentaqonun nümayəndəsi bildirib.




“Bu məbləğə döyüş sursatları, hərbi texnika və avadanlıqların
əvəzlənməsi xərcləri, eləcə də əməliyyat xərcləri daxildir”, – deyə
Pentaqonun baş nəzarətçi müavini Artur Miller ABŞ Konqresində Hərbi
Dəniz Qüvvələri nazirinin maliyyə idarəçiliyi üzrə köməkçisi
vəzifəsinə namizədliyinin müzakirəsi ilə bağlı dinləmələrdə çıxışı
zamanı bildirib.

Onun sözlərinə görə, bu məbləğə Yaxın Şərqdəki ABŞ hərbi
bazalarına dəymiş ziyan daxil deyil. Həmin bazaların bəziləri
İranın pilotsuz uçuş aparatları və raket hücumları nəticəsində
ciddi zərər görüb. Həmçinin dünya iqtisadiyyatına dəymiş ziyan da
bu məbləğə daxil edilməyib.