İran Elon Maskın şirkətlərini hərbi hədəflər siyahısına salıb

Baş səhifə

Bakı. Trend:

İran Yaxın Şərqdə Elon Maskın idarə etdiyi şirkətlərlə əlaqəli
iqtisadi aktivləri və infrastrukturu potensial hədəflərin yeni
siyahısına daxil etmək imkanlarını araşdırır.

Xarici media yazır ki, qərar İranın Amerika və İsrail
hərbçilərinin Starlink peyk rabitə sistemi də daxil olmaqla SpaceX
ilə əlaqəli infrastrukturdan istifadə etməsi ilə bağlı iddiaları
fonunda müzakirə olunur.

Əvvəllər “Starshield” və digər “SpaceX” kosmik proqramlarının
ABŞ hərbi missiyalarını, o cümlədən peyk nəzarəti, təhlükəsiz
rabitə və məlumat ötürülməsini dəstəklədiyi barədə məlumat
verilmişdi.




Tehranın nəzərdən keçirdiyi iddia edilən obyektlər arasında
İsrail, Qətər, İordaniya, Birləşmiş Ərəb Əmirlikləri və Omanda
yerləşən Starlink yerüstü stansiyaları da var. SpaceX
investisiyaları ilə əlaqəli şirkətlərə məxsus infrastruktur da qeyd
olunur.

Bildirilir ki, ABŞ Elon Maskla əlaqəli şirkətlərin dəstəyi ilə,
İranın cənubundakı su infrastrukturuna hücumlarda iştirak edib.
Buna görə də, İran Maskın bölgədəki biznesləri ilə əlaqəli
hədəflərə qarşı tədbir görmək hüququnu özündə saxlayır.