Bakı. Trend:
Qarşımızda olan əsas məqsədlərdən biri informasiya sahəsində
olan təhlükəsizliyi təmin etməkdir.
Trend xəbər
verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı
Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin
direktoru Rasim Bağırov II Azərbaycan – Özbəkistan Media Forumu
çərçivəsində“Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya
təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel
sessiyada çıxış edərkən deyib.
O bildirib ki, informasiya təhlükəsizliyindən danışırıqsa, bu
məsələ hazırda prioritet mövzulardan biridir.
“Məlumat sahəsində sərhədlər yoxdur. Qarşımızda olan əsas
məqsədlərdən biri informasiya sahəsində olan təhlükəsizliyi təmin
etməkdir. Kibertəhlükəsizlik məsələlərinə gəldikdə isə bilirik ki,
bunlar informasiya sahəsindən geridə qala bilməzlər”.
Onun sözlərinə görə, auditoriyanı öyrətmək lazımdır ki, onlar
məlumatla dezinformasiyanı ayıra bilsinlər.
” İnformasiya təhlükəsizliyini təmin etmək baxımından danışmaq
istərdim ki, biz bu sahədə önləyici və sonradan gələn üsulları
önərə bilərik. Bu sahədə önləyici tədbirlər əhalinin
maarifləndirilməsidir. Bu istiqamətdə biz müxtəlif tədbirlər həyata
keçiririk. Hər il dekabr ayında biz media savadlılığı həftəsi
həyata keçiririk və bu layihəyə müəllimləri, tələbələri hətta
şagirdləri cəlb edirik. Bu ona gətirib çıxarır ki, insanlar
məlumatlanır və informasiyanı daha doğru şəkildə qəbul edə, anlaya
bilir”.
Azərbaycan və Özbəkistan arasında baş verən tərəfdaşlıq
çərçivəsində müxtəlif tədbirlər baş tutur.
“Düşünürük ki, bu ənənəyə davam edəcəyik. İnformasiya dövründə
tətbiq etdiyimiz üsullar tez- tez dəyişir. Buna görə də bizim
sinergiyanı qorumaq üçün Özbəkistan kimi tərəfdaşlara ehtiyacımız
var”, deyə Rasim Bağırov əlavə edib.

