Hindistanda mebel mağazasında baş verən yanğında azı beş nəfər ölüb

Baş səhifə

Bakı. Trend:

Hindistanın cənubunda, Telanqana ştatının Haydarabad şəhərində
yerləşən dördmərtəbəli mebel mağazasında baş verən yanğında azı beş
nəfər həlak olub.

Trend-in məlumatına görə, bu barədə yerli PTI agentliyi rəsmi
şəxslərə istinadən xəbər yayıb.

Məlumata əsasən, yanğın şənbə günü başlayıb və yanğınsöndürənlər
artıq 20 saatdan çoxdur alovla mübarizə aparırlar.




Telanqana ştatının yanğınsöndürmə xidmətinin rəhbəri Vikram
Sinqh Mann bildirib ki, mağaza sahibi ehtiyatsızlıq nəticəsində baş
verən insan tələfatına görə məsuliyyətə cəlb olunacaq.

Xilasetmə xidmətləri ölənlərin sayının arta biləcəyini istisna
etmir. Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyatlar
davam etdirilir.