Gədəbəydə 58 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb

Cəmiyyət


Gədəbəy rayon Zamanlı kəndində 58 yaşlı kişi elektrik cərəyanının vurması nəticəsində dünyasını dəyişib.

“Report”un Qərb bürosunun məlumatına görə, 1965-ci il təvəllüdlü Fazil İsgəndər oğlu Aslanov şəxsi evində iş görən zaman ehtiyatsızlıqdan elektrik xəttinə toxunub.

Elektrik cərəyanı vurması nəticəsində o, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

www.RESMIXEBER.az