
Bakı. Trend:
Finlandiya milli hokkey komandası dünya çempionatının finalında
İsveçrə yığmasını 1:0 hesabı ilə məğlub edərək çempion olub.
Trend-in
məlumatına görə, İsveçrədə keçirilən final görüşündə yeganə qolu
əlavə vaxtın 71-ci dəqiqəsində Konsta Helenius vurub.
Bu qələbə ilə Finlandiya tarixində beşinci dəfə dünya çempionu
adını qazanıb. Komanda daha əvvəl 1995, 2011, 2019 və 2022-ci
illərdə də qızıl medala sahib olub.

