FHN-in əməkdaşı Heydər Əliyev zirvəsinə yürüş edib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xalqımızın Ümummilli Lideri Heydər Əliyevin 103-cü doğum günü
münasibətilə Heydər Əliyev zirvəsinə yürüş təşkil olunub.

Bu barədə Trend-ə Fövqəladə
Hallar Nazirliyindən məlumat verilib.

Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin
əməkdaşı Sima Səfərova da təşkil olunan yürüşdə iştirak edib.




Yürüş iştirakçıları Quba rayonunun Xınalıq kəndi yaxınlığında,
Qızılqaya silsiləsində yerləşən və dəniz səviyyəsindən 3751 metr
hündürlükdə olan Heydər Əliyev zirvəsinə qalxıblar.

Zirvədə Ulu Öndər Heydər Əliyevin barelyefi ziyarət olunaraq,
onun əziz xatirəsi ehtiramla yad edilib.