Erlinq Holann İngiltərə Premyer Liqasında rekorda imza atıb

Baş səhifə
Erlinq Holann İngiltərə Premyer Liqasında rekorda imza atıb

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Holann İngiltərə Premyer Liqasında (APL) rekorda imza atıb.

“Report” xəbər verir ki, norveçli hücumçusu Premyer Liqada 111-ci oyununda 100-cü qolunu vurub.

Erlinq Holann bu nəticəni XIX turda “Fulhem”lə səfər matçında əldə edib. Buna nail olmaq üçün ona 111 oyun lazım olub.

Bundan əvvəlki rekord 1995-ci ildə ingilis hücumçusu Alan Şirerə məxsus idi. O, turnirdə ilk 100 qolunu 124 oyunda vurub.

Qeyd edək ki, 25 yaşlı Holann 2022-ci ilin iyulunda “Mançester Siti”yə qoşulub. Bu klubla norveçli futbolçu iki İngiltərə çempionluğu, bir İngiltərə Kuboku, həmçinin Çempionlar Liqası və UEFA Super Kuboku qazanıb.