
Bakı. Trend:
Respublika Endokrinoloji Mərkəzinin direktoru vəzifəsinə
Qəhrəmanova Dinar İlqar qızı təyin edilib.
Bu barədə Trend-ə
TƏBİB-dən məlumat verilib.
D.Qəhrəmanova 2014-2024-cü illərdə Sabunçu Tibb Mərkəzinin
Terapiya şöbəsində həkim işləyib.
2014-cü ildən hazırkı təyinatına qədər Ə.Əliyev adına Azərbaycan
Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Ailə təbabəti
kafedrasının assistenti, həmçinin 2024-cü ildən Respublika
Endokrinoloji Mərkəzinin Poliklinika şöbəsinin müdiri vəzifəsində
çalışıb.

