Daşkənddə Teymurilər dövrü irsinin qorunması məsələləri müzakirə edilib

Baş səhifə
Daşkənddə Teymurilər dövrü irsinin qorunması məsələləri müzakirə edilib

Özbəkistanın paytaxtı Daşkənddə Əmir Teymurun irsinə həsr olunmuş beynəlxalq elmi konfransın plenar iclaslarının nəticələri təqdim olunub.

“Report”un Daşkəndə ezam olunmuş müxbirinin məlumatına görə, iştirakçılar Teymurilər dövrünün siyasi tarixi, elmi və mədəni inkişafı məsələlərinin müzakirə edildiyi tematik sessiyalara yekun vurublar.

Özbəkistan Təsviri İncəsənət Qalereyasının nümayəndəsi, akademik Kamola Akilova bildirib ki, əsas bölmələrdən biri Əmir Teymurun dövlət quruculuğunda və islam sivilizasiyasının inkişafındakı roluna həsr olunub. Müzakirələrdə Özbəkistan, Böyük Britaniya, Qazaxıstan və Qırğızıstanın aparıcı alimləri iştirak ediblər. Dövrün mədəni və tarixi irsinə, eləcə də siyasi dayanıqlıq və dövlət quruculuğu məsələlərinə həsr olunmuş məruzələr təqdim edilib.