
Bakı. Trend:
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov BMT Baş
Assambleyasının 80-ci sessiyasının yüksək səviyyəli həftəsi
çərçivəsində Qazaxıstanın baş nazirinin müavini – xarici işlər
naziri Murat Nurtleu ilə görüşüb.
Trend xəbər
verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X”
hesabında paylaşım edilib.
Nazirlər dinamik siyasi dialoqu, artan iqtisadi əməkdaşlığı və
ikitərəfli və çoxtərəfli tərəfdaşlığın daha da
möhkəmləndirilməsində yüksək səviyyəli təmasların rolunu
vurğulayaraq, güclü Azərbaycan-Qazaxıstan strateji müttəfiqliyini
alqışlayıblar.

