Ceyhun Bayramov Banqkoka səfərə gedib (FOTO)

Baş səhifə

Bakı. Trend:

Xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Asiya və Sakit Okean
üzrə İqtisadi və Sosial Komissiyasının (ESCAP) 82-ci sessiyasında
iştirak etmək üçün Banqkoka səfər edib.

Trend-in
məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyi “X” sosial
şəbəkəsində paylaşım edib.

“Heç kimi geridə qoymamaq: Asiya və Sakit Okean regionunda bütün
yaşlar üçün bir cəmiyyətin inkişaf etdirilməsi” mövzusuna əsaslanan
sessiya, layiqli iş, yaş qrupları üzrə tam və məhsuldar məşğulluq,
qadınların iqtisadi səlahiyyətləndirilməsi və ümumi sosial
inteqrasiya da daxil olmaqla, mövcud və inkişaf etməkdə olan
demoqrafik tendensiyaları və sosial-iqtisadi prioritetləri müzakirə
etmək üçün bir platforma təmin edəcək”, – məlumatda deyilir.