BUGATTI MISTRAL – Dünyanın ən sürətli roadsteri artıq Azərbaycanda (FOTO)

Baş səhifə

Bakı. Trend:

Nazar Holdings/Bugatti Baku, dünyanın ən eksklüziv avtomobilinin
regiondakı ilk təqdimatını həyata keçirdi. Bu, təkcə Azərbaycanın
deyil, həm də bütün Asiya və Yaxın Şərq regionunun ilk Mistral
təqdimatıdır.

Bugatti Mistral — 1600 at gücünə malik W16 mühərriki ilə, 420
km/saatdan artıq sürətə çatan, dünyanın ən sürətli açıq tavanlı
avtomobili kimi tanınır. Bu model, avtomobil sənayesində
performans, dizayn və texnoloji mükəmməlliyin ən yüksək zirvəsini
təmsil edir.

Nazar Holdings artıq 8 ölkədə Bugatti markasının rəsmi
təmsilçisi olaraq fəaliyyət göstərir və markanın ən böyük və ən
müasir Bugatti salonu məhz Bakıda yerləşir. Bugatti Baku, təkcə
satış mərkəzi deyil, həm də lüks avtomobil dünyasının dəyərlərini
əks etdirən unikal bir təcrübə məkanıdır.




Nazar Holdings-in sahibi Əli Nəzər bildirib:

“Bugatti Mistral-ın Bakıya gətirilməsi yalnız bir avtomobilin
təqdimatı deyil — bu, Azərbaycanı dünya superkar xəritəsində
aparıcı mərkəzlərdən birinə çevirən hadisədir.”

Bu təqdimat həmçinin Bugatti Veyron-un 20 illik yubileyi ilə
eyni zamana təsadüf edir və Heydər Əliyev Mərkəzində keçirilən
unudulmaz mərasim çərçivəsində təqdim olunub.