
Bakı. Trend:
Bu gün Bakıda boks üzrə “Böyük İpək Yolu” beynəlxalq turniri
start götürəcək.
Trend xəbər verir ki, Bakı
Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycanı 43
idmançı təmsil edəcək. Yarışda Avstraliya, Əlcəzair, Bolqarıstan,
Gürcüstan, Macarıstan, Qazaxıstan, Moldova, Türkiyə və Özbəkistan
milli komandaları da mübarizə aparacaqlar. 14 dəst (10 çəkidə kişi,
4 çəkidə qadın) medal uğrunda 126 boksçu gücünü yoxlayacaq.
Turnirin qaliblərinin adına aprelin 7-də aydınlıq gələcək.
Azərbaycan kişilərin yarışında 37, qadınların mübarizəsində 6
boksçu ilə təmsil olunacaq. Turnirin açılış mərasimi sabah, saat
15:00-da olacaq. Ardınca döyüşlər başlayacaq. Qeyd edək ki,
turnirin supervayzeri Svetoslav Sapounciyev (Bolqarıstan), baş
hakimi Anar Babanlı (Azərbaycan) olacaq. Görüşləri azərbaycanlı
hakimlərlə yanaşı, Əlcəzair, Bolqarıstan, Qazaxıstan, Moldova,
Türkiyə və Özbəkistandan olan referilər də idarə edəcəklər.

