
Bakı. Trend:
Böyük Britaniyada 30°C və daha yüksək temperaturla rekord sayda
gün qeydə alınıb.
Bu barədə “Sky News” telekanalı məlumat yayıb.
2026-cı ildə Birləşmiş Krallıqda artıq 35 belə gün qeydə alınıb.
Halbuki yayın başa çatmasına hələ üç həftə qalır. Əvvəlki rekord
1995-ci ildə qeydə alınıb.
Gələn həftə ölkədə temperaturun 35°C-yə yaxınlaşacağı beşinci
istilik dalğasının müşahidə olunacağı gözlənilir.

