Böyük Britaniya nüvə silahına malik “ilk İslam Respublikası” olacaq – Netanyahu

Baş səhifə

Bakı. Trend:

İsrailin baş naziri Benyamin Netanyahu hesab edir ki, nüvə
silahına malik “ilk İslam Respublikası” Böyük Britaniya olacaq.

“Nüvə silahına malik ilk İslam Respublikası Britaniya İslam
Respublikası olacaq. Buna görə də biz İranın da belə bir
respublikaya çevrilməməsinə çalışırıq”, – deyə Netanyahu “Qaley
TSAXAL” hərbi radiosuna müsahibəsində bildirib.




İsrailin baş naziri həmçinin qeyd edib ki, Böyük Britaniyanın
İkinci Dünya müharibəsi dövründəki lideri Uinston Çörçillin oğlu və
nəvəsi jurnalist olublar və onun sözlərinə görə, 1967-ci ilin
yayında baş vermiş Altıgünlük müharibə haqqında “İsrailə müsbət
münasibət formalaşdıran reportajlar” hazırlayıblar.

“Onlar bura gəlib Altıgünlük müharibəni bizim üçün çox müsbət
şəkildə işıqlandırırdılar. Bugünkü Britaniyada buna bənzər bir şeyi
tapmağa çalışın”, – deyə Netanyahu vurğulayıb.