Zabrat-Maştağa yolunda aidiyyəti qurum tərəfindən aparılan təmir işləri ilə əlaqədar bir sıra marşrutların hərəkətində ləngimələr yarana bilər.
Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Qeyd olunub ki, ləngimələrin 40, 55, 54, 105, 107, 107A,131, 139, 148, 163, 166, 172, 185, 186, 189, 197, 198, 216, 217, 118A, 118B, 173A, 173B, M8 nömrəli marşrutların hərəkətində yarana bilmə ehtimalı var.
Bildirilib ki, sərnişinlərdən səfərlərini planlayan zaman bunu nəzərə almaları xahiş olunur.
Ən son xəbərləri bizim “X” səhifəmizdə izləyin

