Azərbaycanın qızlardan ibarət U-19 millisi Özbəkistanı məğlub edib

Baş səhifə
Azərbaycanın qızlardan ibarət U-19 millisi Özbəkistanı məğlub edib

Özbəkistanda təlim-məşq toplanışında olan 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.

“Report” xəbər verir ki, komanda Daşkənddə Özbəkistanın müvafiq yaş qrupundan ibarət yığması ilə üz-üzə gəlib. Qarşılaşma Azərbaycan seçməsinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. U-19-un heyətində qolları Ayşən Salamzadə (11, 89) və Mədinə Curuqova (30) vurublar. Qeyd edək ki, komandalar arasında ikinci yoxlama oyunu fevralın 7-də keçiriləcək.