Azərbaycandan Xorvatiyaya neft tədarükünün həcmi məlum olub

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan Xorvatiyaya
40,8 milyon ABŞ dolları dəyərində 86,2 min ton xam neft və bitumlu
süxurlardan əldə edilən neft məhsulları ixrac edilib.

Trend-in Dövlət
Gömrük Komitəsinə istinadən məlumatına görə, 2025-ci ilin eyni
dövrü ilə müqayisədə göstərici dəyər baxımından 147,4 milyon ABŞ
dolları və ya 78,3%, miqdar baxımından isə 252,8 min ton və ya
74,6% azalıb.

Beləliklə, ötən ilin yanvar-fevral aylarında Azərbaycandan
Xorvatiyaya 188,2 milyon ABŞ dolları dəyərində 339 min ton neft və
neft məhsulları ixrac edilib.




Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xarici
ölkələrlə 6,264 milyard dollar dəyərində ticarət əməliyyatları
aparıb. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 2,64 milyard
dollar və ya 29,6% azdır.

Ümumi xarici ticarət həcminin 3,665 milyard dolları ixracın,
2,599 milyard dolları isə idxalın payına düşüb. Son bir ildə ixrac
1,102 milyard dollar və ya 23%, idxal isə 1,539 milyon dollar və ya
37,2% azalıb.

Bu, ötən illə müqayisədə 52,4 milyon dollar və ya 5,3% azalaraq
933,6 milyon dollar müsbət saldo ilə nəticələnib.