
Bakı. Trend:
Qeysəriyyə əməliyyatlarının sayı 10 faizədək azalıb.
Trend xəbər
verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov bu gün
Bakıda 2025-ci ilin yekunlarına və gələcək planlara dair keçirilən
brifinqdə bildirib.
Onun sözlərinə görə, qeysəriyyə əməliyyatlarının sayı 26 min 285
olub və 2024-cü il ilə müqayisədə 9 faiz azalma deməkdir:
“Ümumi qeysəriyyə əməliyyatlarının əmsalı 49 faiz təşkil edib.
Vaxtından əvvəl doğuşların sayı 3 926 olub və bu da əvvəlki il ilə
müqayisədə 6 faiz azalma deməkdir. TƏBİB-in tabeleyindəki tibb
müəssisələrində normal doğuşların sayı 27 min 679 olub ki, bu da
2024-cü il ilə müqayisədə 11 faiz artımdır”.

