
Bakı.Trend:
Azərbaycanda 213 kişiyə uşağının doğulması ilə əlaqədar 14
təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.
Bu barədə Trend-ə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyindən (ƏƏSMN) məlumat verilib.
Bildirilib ki, bu məzuniyyət uşağın doğulmasından əvvəlki və
sonrakı dövrləri əhatə edir.
İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr
işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində elektron qaydada
rəsmiləşdirilir.
Qeyd edək ki, əmək qanunvericiliyinə edilmiş son
dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə
14 təqvim günü ödənişli məzuniyyət hüququnun verilməsidir.

