Bakı. Trend:
Alt fintexlərin açıq bankçılığa inteqrasiyasına başlanılıb.
Trend xəbər
verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə
texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan
Tofidi “Baku Fintech Forum 2025″da bildirib.
O bildirib ki, açıq bankçılıq sahəsində bu son deyil: “Bir neçə
tədbirlərimiz də görüləcək. Alt fintexlərin inteqrasiyasına
başlanılıb. Bununla bağlı dünən fintexlərə məktub göndərilib.
Bundan başqa, “payment initiation” yəni ödənişlərin təqlidi üçün
birinci bankları, sonra fintexləri ora daxil edəcəyik”.
“Bununla da bitmir, çünki AMB meqarequlyator kimi həm sığorta,
həm də sığorta sektoru üçün buna açıq bankçılıq düməzdim, açıq
maliyyə deyərdim. Həm sığorta şirkətlərinin, həm kapital bazarı
şirkətlərini açıq Maliyyə yə inteqrasiya etməyi planlaşdırırıq”, –
departament direktoru əlavə edib.

