Azərbaycana edilən hər 100 kibertəhlükəsizlik hücumundan 12-si bankları hədəfləyir – “Mastercard”

Baş səhifə

Bakı. Trend:

Qlobal trendlərə uyğun olaraq Azərbaycanda da ən çox
kibertəhlükə ilə üzləşən üç sektor maliyyə qurumları, dövlət
sektoru və texnologiya sahəsidir. Ölkəyə yönələn hər 100
kiberhücumdan 12-si məhz maliyyə təşkilatlarını hədəfə alır.

Trend xəbər
verir ki, bunu “Mastercard”ın vitse-prezidenti Reşat Kökçən bu gün
Bakıda keçirilən IX Beynəlxalq Bankçılıq Forumunun ikinci günündə
deyib.




Onun sözlərinə görə, hücumların məqsədi işin davamlılığını
pozmaq, kritik məlumatlara çıxış əldə etmək və həmin məlumatlardan
sui-istifadə edərək maliyyə qazancı əldə etməkdir: “Mastercard”ın
kibertəhlükəsizlik üzrə ixtisaslaşmış məsləhət komandaları
Azərbaycandakı banklarla da müxtəlif layihələr həyata keçirib.
Şirkət həmçinin yeni təqdim etdiyi “Mastercard Threat Intelligence”
məhsulunun artıq Azərbaycan bankları üçün əlçatan olduğunu
açıqlayıb. Məhsul “Dark Web” və “Deep Web”də satılan kartları
monitorinq edir, kartların Mastercard ekosistemindəki hərəkət
izlərini təhlil edir və fırıldaqçılıq risklərini banklara
əvvəlcədən bildirməyi hədəfləyir”.