Azərbaycan Basketbol Liqasında VII turun daha üç oyunu keçirilib

Baş səhifə
Azərbaycan Basketbol Liqasında VII turun daha üç oyunu keçirilib

Azərbaycan Basketbol Liqasında VII turun daha üç oyunu keçirilib.

“Report”un məlumatına görə, A qrupunun matçlarından “Abşeron Lions” “Gəncə”ni (98:80), “Sabah” NTD-ni (97:74), B qrupunda isə “Ordu” “Quba”nı (100:85) məğlub edib.

Qeyd edək ki, turun “Şəki” – “Neftçi” qarşılaşması qeyri-müəyyən müddətə təxirə salınıb. Daha əvvəl “Lənkəran” “Sərhədçi”ni (83:78), “Naxçıvan” “Sumqayıt”ı (116:99) məğlub edib.