Azərbaycan 2025-ci ilin sentyabr ayında neft hasilatını artırıb – OPEK hesabatı

Baş səhifə

Bakı. Trend:

OPEK-in son məlumatlarına görə, 2025-ci ilin sentyabr ayında
Azərbaycanda gündəlik neft hasilatı orta hesabla təxminən 460 000
barrel təşkil edib.

Trend xəbər verir
ki, bu göstərici avqust ayında qeydə alınan hasilatdan bir qədər
yüksəkdir ( o zaman gündəlik hasilat orta hesabla 456 000 barel
təşkil etmişdi) və iyul ayının göstəricisini, yəni 459 000 bareli,
bir qədər üstələyib

Lakin rüblük göstəricilər mərhələli azalma nümayiş etdirir:
2025-ci ilin birinci rübündə gündəlik orta hasilat 465 000 barel,
ikinci rübdə 462 000 barel, üçüncü rübdə isə 458 000 barel
olub.




Azərbaycan 2025-ci ilin yanvar–avqust ayları ərzində kondensat
da daxil olmaqla 18,39 milyon ton xam neft hasil edib ki, bu da
2024-cü ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz azdır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, kommersiya
hasilatı da eyni nisbətdə – 4,7 faiz azalaraq 18,35 milyon ton
təşkil edib.