Aya uçmuş astronavtlar Yeri doğru geri qayıtmağa başlayıblar

Baş səhifə

Bakı. Trend:

Astronavtları daşıyan “Orion” kosmik gəmisi Ay ilə yaxınlaşmadan
sonra Yerə doğru geri uçmağa başlayıb.

Trend xəbər verir
ki, bu barədə NASA məlumat yayıb.

“Artemis II” komandası Ay üzərində müşahidələri tamamlayıb və
indi evə qayıdış mərhələsinə başlayır”, – deyə məlumatda
bildirilir.




Daha əvvəl NASA xəbər vermişdi ki, “Artemis II” kosmik gəmisinin
heyəti Yer kürəsindən 406 608 kilometr uzaqlaşaraq insanın Yerə
olan məsafəsinə dair rekord müəyyən edib.

Aprelin 2-də “Artemis II” missiyası çərçivəsində ABŞ-nin Florida
ştatında yerləşən Con Kennedi adına Kosmik Mərkəzin 39A start
meydançasından “Orion” kosmik gəmisini daşıyan birdəfəlik “Space
Launch System” (SLS) raketi buraxılıb. Gəminin göyərtəsində NASA
astronavtları Rid Uayzman, Viktor Qlover, Kristina Kox və Kanada
Kosmik Agentliyinin astronavtı Ceremi Hansen yer alır.