ATƏT sədrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə onlayn formatda görüşü olub

Baş səhifə
ATƏT sədrinin Azərbaycan vətəndaş cəmiyyəti ilə onlayn formatda görüşü olub

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen Azərbaycan vətəndaş cəmiyyəti ilə onlayn görüş keçirib.

“Report”un məlumatına görə, o, bu barədə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Bu gün Azərbaycan vətəndaş cəmiyyəti ilə ilhamverici onlayn görüş keçirdim. Qeyri-hökumət təşkilatları, hüquq müdafiəçiləri, jurnalistlər və digər vətəndaş cəmiyyəti subyektləri demokratiyanın dayanıqlılığının təməlidir”, – o qeyd edib.