Almaniya iqtisadiyyatı ilin ikinci rübündə artım nümayiş etdirib

Baş səhifə

Bakı. Trend:

Almaniya iqtisadiyyatı İran müharibəsinin yaratdığı mənfi
təsirlərə baxmayaraq, ilin ikinci rübündə artım nümayiş
etdirib.

Bu barədə Almaniya Federal Statistika İdarəsinin hesabatında
qeyd olunub.




Ölkədə ümumi daxili məhsul apreldən iyunadək olan dövrdə birinci
rüblə müqayisədə 0,2 faiz artıb. Neft qiymətlərinin yüksəlməsi
şirkətlər və istehlakçılar üçün əlavə yük yaratsa da, son iqtisadi
göstəricilər müsbət dinamikanın qorunduğunu göstərir. Bu, əsasən
sənaye sifarişləri, istehsal, ixrac, tikinti icazələri və pərakəndə
satış dövriyyəsində müşahidə olunan artımda əksini tapıb.

Avrozona iqtisadiyyatı da İran müharibəsinin nəticələrinə
baxmayaraq ikinci rübdə yenidən böyüyüb. Avropa İttifaqının
Statistika İdarəsinin (Eurostat) məlumatına əsasən, avrozonada
ümumi daxili məhsul ikinci rübdə əvvəlki ilə müqayisədə 0,4 faiz
artıb.