Aİ Afrikada əhaliyə 710 milyon avro ayıracaq

Baş səhifə

Bakı. Trend:

Avropa İttifaqı Afrikada məcburi köçkünlərə və onları qəbul edən
icmalara dəstək, həmçinin silahlı münaqişələrdən zərər çəkmiş
ərazilərin əhalisinə yardım üçün 710 milyon avro ayıracaq.

Bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen “X”
sosial şəbəkəsində bildirib.




“Bütün Afrikada məcburi köçkünlər və onları qəbul edən icmalar
üçün 800 milyon dollardan çox vəsait ayrıldığını elan etməkdən
məmnunam. Həmçinin müharibədən zərər çəkmiş icmalara yardım
göstəriləcək”, – deyə o yazıb.

Onun sözlərinə görə, maliyyələşmə “Global Citizen” beynəlxalq
təşkilatının 2026-cı il kampaniyası çərçivəsində təqdim olunur.