Cırtandların dünya çempionatında kütləvi dava (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Cırtdanlar arasında dünya çempionatı çərçivəsində Mərakeş və
Kolumbiya yığmaları arasında keçirilən futbol matçı bir anın içində
kütləvi davaya çevrilib. Yumruq və təpiklərin havada uçuşduğu,
meydanda qarşıdurmanın yaşandığı anlar tamaşaçıları şoka salıb.

Bu barədə “Minute Mirror” nəşri məlumat yayıb.

Məlumata görə, oyunçular arasında yaranan şifahi mübahisə qısa
müddətdə fiziki qarşıdurmaya çevrilib və nəticədə kütləvi dava
başlayıb.

Sosial şəbəkələrdə yayılan videolarda futbolçuların bir-birinə
yumruq atdığı, bəzilərinin isə yerə yıxılaraq təpikləndiyi
görünür.

Hər iki komandanın oyunçularının özlərini idarə edə bilməməsi
vəziyyəti daha da gərginləşdirib. Futbol meydanı idman mübarizəsi
əvəzinə dava meydanına çevrilib.




Zorakılıq genişləndikcə bir neçə nəfər oyunçuları ayırmaq və
qarşıdurmaya son qoymaq məqsədilə meydana daxil olub.

Cırtdanlar arasında Dünya Çempionatı futbol üzrə yarışlarda
iştirak edən cırtdanboylu oyunçulardan ibarət komandaları bir araya
gətirir və onlara beynəlxalq səviyyədə rəqabət aparmaq, eləcə də
futbolda tanınmaq imkanı yaradır.

Hadisə ilə bağlı mümkün intizam tədbirləri, xəsarət alanların
olub-olmaması və iştirakçılara tətbiq edilə biləcək sanksiyalar
barədə hələlik məlumat verilməyib.