ABŞ-yə məxsus “MQ-9 Reaper” Koreya sahillərində qəzaya uğrayıb

Baş səhifə

Bakı. Trend:

Amerikaya məxsus “MQ-9 Reaper” tipli pilotsuz uçuş aparatı
Koreya Respublikasının qərb sahillərində, Kunsan hava bazası
yaxınlığında dənizə düşüb.

Trend xəbər verir
ki, hadisə barədə məlumatı Yonhap agentliyi yayıb.




Bildirilib ki, insident yerli vaxtla saat 04:35 radələrində
Maldori adası yaxınlığında planlaşdırılmış missiya zamanı baş
verib.

ABŞ ordusu yerli sakinlər arasında itki və ziyanın olmadığını
açıqlayıb. Hadisə ilə bağlı araşdırma aparılır, pilotsuz aparatın
axtarış-xilasetmə əməliyyatı isə davam edir.