ABŞ Kiber Komandanlığı şəxsi heyəti arasında intihar hadisələrini araşdırır

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yayında ABŞ Kiber Komandanlığı şəxsi heyəti
arasında beş nəfər intihar edib.

Bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.




Bildirilir ki, ABŞ Kiber Komandanlığı 2026-cı ilin yayında şəxsi
heyəti arasında baş verən bir sıra intihar hadisələrinin səbəbini
müəyyən etməyə çalışır.

Agentliyin məlumatına görə, son bir ildə İrana qarşı hərbi
əməliyyat da daxil olmaqla, xarici münaqişələr səbəbindən Kiber
Komandanlıq heyətinin iş yükü əhəmiyyətli dərəcədə artıb. Nəşr onu
da qeyd edir ki, komandanlıq 2010-cu ildə təsis edildiyi vaxtdan
bəri “əsas vəzifələrdə xroniki mütəxəssis çatışmazlığı” şəraitində
fəaliyyət göstərir.