ABŞ Çinə təyyarə hissələrinin tədarükünü dayandıra bilər

Baş səhifə
ABŞ Çinə təyyarə hissələrinin tədarükünü dayandıra bilər

Vaşinqton və Pekin arasında ticarət münaqişəsi fonunda ABŞ Çinə təyyarə hissələri təchizatını dayandıra bilər.

“Report” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərə açıqlamasında bildirib.

“Onlar bizi nadir torpaq elementləri ilə hədələdilər, mən də onları tariflərlə hədələdim, amma daha çox şeylə, məsələn, təyyarələrlə təhdid edə bilərdim. Təyyarələrlə bağlı durumu bilirsiniz, onlar öz təyyarələri üçün ehtiyat hissələr tapa bilmirlər. Biz onların təyyarələrini tikirik. Biz əla iş görürük. Əsasən “Boeing” təyyarələri tədarük edirik və ümumiyyətlə, biz ehtiyat hissələrin tədarükünü dayandıra bilərik”, – o deyib.

Tramp əlavə edib ki, tərəflər ticarət mübahisəsini həll edə bilməsələr, Çin bu il noyabrın 1-dən etibarən idxal rüsumlarını 155 % səviyyəsində ödəyəcək.