Bəzi cərrahi əməliyyatların qiyməti artacaq – Agentlik AÇIQLADI

Cəmiyyət


“Hazırda Xidmətlər Zərfinə 2550 sayda tibbi xidmət daxildir. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən 2023-cü il üçün Xidmətlər Zərfinə limitli qaydada qaraciyər, böyrək, sümük iliyi və ya hematopoetik kök hüceyrələrin transplantasiyasının əlavə edilməsi təklif olunub”.

Bu barədə “Trend”in sorğusuna cavab olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

“Habelə ürək-damar cərrahiyyəsi, oftalmoloji, travmatoloji və bəzi xoşxassəli şişlərin aradan götürülməsi ilə bağlı əməliyyatların sayının artırılması da təklif olunub.

Bununla yanaşı, Xidmətlər Zərfində bəzi tibbi xidmətlərin tarifinin artırılması da təkliflər siyahısında yer alır”, – deyə qeyd edilib.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir