Bu gün daha 22 ailə Laçın rayonuna köçürülüb – YENİLƏNİB + FOTO/VİDEO

Cəmiyyət


Bu gün daha 22 ailə Laçın rayonuna köçürülüb.

Bu barədə “resmixeber.az”un Laçın rayonuna ezam olunmuş əməkdaşı xəbər verir.

Ümumilikdə 72 nəfərin olduğu köç maşınları Laçının şəhərinin girişində Həkəri çayının üzərindəki körpüdən keçərək şəhərə daxil olub.

Qeyd edək ki, Laçın rayonundan olan keçmiş məcburi köçkünlərin öz dədə-baba yurduna köçürülməsinə başlanılıb.

07:54

Bu gün Laçın şəhərinə növbəti köç başlayıb.

Oxu.Az xəbər verir ki, daha 22 ailə (72 nəfər) doğma yurduna geri dönür.

Köç karvanı saat 07:00-da Qaradağ rayonundakı “Qobu park-3” yaşayış kompleksindən Laçına yola salınıb.

Xatırladaq ki, mayın 27-də Laçın şəhərinə ilk olaraq 20 ailə (97 nəfər) köçürülüb.

Daha çox foto burada: PhotoStock.az

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir