Qadın alveri edən “Toppuş Günel”in cəzası 3500 manat oldu

Kriminal


Bakıda həmcinslərini fahişəliyə cəlb edən 1978-ci il təvəllüdlü Gülnarə Məmmədovaya (şərti ad-soyadlı) hökm oxunub.

“Qafqazinfo” xəbər verir ki, Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə təqsirləndirilən şəxs Binəqədi Rayon Məhkəməsinin hökmü ilə 3500 manat pul cəriməsi cəzasına məhkum edilib.

Bildirilib ki, “Toppuş Günel” ləqəbi ilə tanınan G.Məmmədovanın cinayət işi üzrə 3 zərərçəkmiş qadın var. O, həmcinslərini bir neçə il ərzində pul qazanma qarşılığında Bakıda və Abşeron rayonunda müxtəlif ünvanlarda fahişəliyə cəlb edib.

Zərərçəkmiş şəxslər məhkəmədə G.Məmmədovadan şikayətçi olmadıqlarını bildiriblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir