“Türkiye Gazetesi”ndə mənə aid fikirlər təhrif olunub – Hikmət Hacıyev

Baş səhifə

Bakı. Trend:

“Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5
avqust 2026-cı il tarixində dərc olunmuş reportajda Azərbaycan
Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası
Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri
şöbəsinin müdiri Hikmət Hacıyevin fikirləri təhrif olunub.

Bu barədə Hikmət Hacıyev özünün “X” sosial şəbəkə hesabında yazıb:

“Azərbaycanda səfərdə olan Türkiyə media nümayəndələri ilə
maraqlı görüşümüz baş tutdu. Amma təəssüflə qeyd edirəm ki,
“Türkiye Gazetesi”nın jurnalisti Yılmaz Bilgen tərəfindən 5 avqust
2026-cı il tarixində dərc olunmuş reportajda mənə aid edilən bəzi
fikirlər təhrif olunmuş şəkildə təqdim edilib. Həmin məqalədə mənə
istinadən verilən bir sıra ifadələr düzgün deyil”.

“Bir daha vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz
milli maraqlarını rəhbər tutaraq müstəqil və prinsipial xarici
siyasət yürüdür”, – deyə Hikmət Hacıyev vurğulayıb.