
Bakı. Trend:
“Everton” “Mançester Siti”nin futbolçusu Cek Qrilişi bu yay
transfer etməyə hazırlaşır.
Mersisayd təmsilçisi 30 yaşlı cinah oyunçusu üçün ödəniş
limitini müəyyən edib və 5 milyon ilə 10 milyon funt sterlinq (5,9
milyon avro və 11,7 milyon avro) arasında pul ödəməyə hazırdır.
“Mançester Siti” bu müqavilədən təxminən 50 milyon funt sterlinq
(58,7 milyon avro) qazanmağı gözləyir.
Ən pis halda “Everton” onu yenidən icarəyə götürməyə cəhd
göstərəcək. İngilis futbolçunun “Mançester Siti” ilə müqavilə
müddəti 2027-ci il iyunun 30-na qədərdir. O, karyerası ərzində
“Aston Villa”, “Nots Kounti” klublarında oynayıb. Cek Qriliş ötən
mövsüm bütün turnirlərdə 22 oyunda meydana çıxıb, iki qol vurub və
altı məhsuldar ötürmə edib.

