“Facebook”un işində problem yaranıb

Baş səhifə

Bakı. Trend:

ABŞ istifadəçiləri “Facebook” platformasının işində nasazlıqlar
barədə məlumat veriblər.

Bu barədə məşhur internet resurslarının fəaliyyətini izləyən “Downdetector” portalı xəbər verib.




Məlumata əsasən, son bir saat ərzində 15 mindən çox istifadəçi
xidmətin işində problemlərin yarandığını bildirib.

Bildirilib ki, onlardan 28 faizi saytın fəaliyyətində
nasazlıqlar olduğunu qeyd edib, 45 faiz istifadəçi tətbiqə girişdə
çətinliklərlə üzləşib, daha 19 faiz isə öz hesablarına daxil ola
bilməyib.